Azərbaycan İrana dizel ixrac edə bilər

12-10-2017, 15:46
Oxunub: 17
"İran tərəfi bu təklifləri nəzərdən keçirir"


"Azərbaycan istehsalı olan dizel yanacağı İrana ixrac oluna bilər".


"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan daxili tələbatı tam ödədiyi üçün İrana benzin tədarük edir: "Azərbaycan istehsalı olan "mavi yanacağı" isə almaq onların istəyincə deyil. Azərbaycan istehsalı olan dizel yanacağı İran tərəfinə ixrac oluna bilər. Biz bu təklifə müsbət baxırıq. Biz onlara keyfiyyət nümunəsi və qiymətləri təklif etmişik. Hazırda İran tərəfi bu təklifləri nəzərdən keçirir".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti