SOCAR gələn il Bakı-Novorossiysk kəməri ilə neft ixrac edəcək

12-10-2017, 15:23
Oxunub: 22
Azərbaycan Bakı-Novorossiysk kəməri vasitəsilə 1997-ci ildən neft ixrac edir


SOCAR və Rusiyanın "Transneft" şirkəti 2018-ci ildə Bakı-Novorossiysk kəməri vasitəsilə Azərbaycan neftinin ixrac olunmasına dair müqavilə imzalayıblar.

"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə bildirib.

Onun sözlərinə görə, sənədə əsasən, qeyd edilən marşrut üzrə gələn il 1,3 - 1,5 mln. ton neft nəql olunacaq.

"Cari ildə Bakı-Novorossiysk kəməri vasitəsilə 1,3 mln. ton Azərbaycan neftinin ixracı nəzərdə tutulub", - deyə idarə rəisi vurğulayıb.

Azərbaycan Bakı-Novorossiysk kəməri vasitəsilə 1997-ci ildən neft ixrac edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti