"Bank VTB (Azərbaycan)"ın rəhbərliyinə yeni təyinat olub

12-10-2017, 15:14
Oxunub: 26
"Bank VTB (Azərbaycan)"ın maliyyə departamentinə rəhbərlik edir


"Bank VTB (Azərbaycan)" ASC-nin maliyyə departamentinin müdiri Roman Rudakov bankın İdarə Heyətinin yeni üzvü təyin olunub.

Bankın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, R. Rudakov Belqorod Dövlət Universitetini, eləcə də Moskva Dövlət polad və ərintilər institutunu bitirib.

O, bank sahəsində böyük təcrübəyə malikdir. Belə ki, R. Rudakov Rusiyanın “Uralsib”, “PromServisBank”, “Bank Aleksandrovski” və digər banklarında rəhbər vəzifələrdə çalışıb.

2017-ci ildən "Bank VTB (Azərbaycan)"ın maliyyə departamentinə rəhbərlik edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti