"Gələcək festivalda iqtisadi nəticələr daha aydın görüləcək"

12-10-2017, 13:00
Oxunub: 55
""Nərgiz" Ticarət Mərkəzindəki yer probleminə görə köşk "Xaqani" Ticarət Mərkəzinə keçirilib"


Bakı. 12 oktyabr. REPORT.AZ/ II Bakı Ticarət Festivalında ("Baku Shopping Festival") ƏDV köşklərinin sayı 7-yə çatdırılıb.

“Report” xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov jurnalistlərə məlumat verib. 

Onun sözlərinə görə, I Bakı Ticarət Festivalında ƏDV köşklərinin sayı 6 idi: "Bu dəfəki festivalda köşklərdən birinin yeri dəyişdirilib. Belə ki, "Nərgiz" Ticarət Mərkəzindəki yer probleminə görə köşk "Xaqani" Ticarət Mərkəzinə keçirilib. Qeydiyyat prosesi normal gedir. Ötən dəfə heç bir problem yox idi. Yalnız ərəb ölkələrindən gələn əcnəbilərin adlarının yadda qalmaması ƏDV-nin qaytarılmasında çətinlik yaradırdı. Bu dəfəki proqramda müvafiq dəyişikliklər edilib".

Nazir müavini bildirib ki, pərakəndə ticarətdə ciddi canlanma olub: "Gələcək festivalda iqtisadi nəticələr daha aydın görüləcək. İki bank öz xidmətlərini təqdim edəcək, 30 nəfər vergi işçisi növbəli şəkildə işləyəcəklər. Onlar üçün təlimlər keçirilib və tam hazırdırlar".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti