"Gələn il Azərbaycan üçün xüsusi tarixi əhəmiyyətə malikdir"

12-10-2017, 12:33
Oxunub: 20
"Məhz bu ilin əvvəlində imzalanan Vyana bəyannaməsi dünya bazarında neft qiymətlərinin artmasına müsbət təsir edib"


Qlobal bazarda neftin ucuzlaşması neft istehsal edən ölkələrin iqtisadi inkişafını ləngidir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Argus" beynəlxalq neft sammitində çıxış edən Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov deyib.

N.Abbasovun sözlərinə görə, neft qiymətlərinin aşağı düşməsi uzunmüddətli planlara da təsir edir: "Dünya bazarında neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, tarixi nailiyyətlərə neftlə imza atılıb. Məhz bu ilin əvvəlində imzalanan Vyana bəyannaməsi dünya bazarında neft qiymətlərinin artmasına müsbət təsir edib".

Nazir müavini deyib ki, gələn il Azərbaycan üçün xüsusi tarixi əhəmiyyətə malikdir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti