"Bakı-Tbilisi-Qars dəmir yolu tam hazırıdır"

12-10-2017, 11:55
Oxunub: 38
"Bu ayın sonunda dəmir yolunun istismara verilməsi nəzərdə tutulub"


Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə böyük diqqət yetirilir. Belə ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inşası artıq yekunlaşır. Bu ayın sonunda dəmir yolunun istismara verilməsi nəzərdə tutulub".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti 2017" adlı tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC -nin (ADY) sədri Cavid Qurbanov bildirib.

"Bu layihə tariflərin aşağı düşməsinə, sərf edilən vaxtın azalmasına şərait yaradacaq. Layihənin Gürcüstan və Türkiyə seqmentində işlər artıq yekunlaşıb. Yol artıq tam hazırıdır, bütün sınaqlar həyata keçirilib",- deyə C. Qurbanov əlavə edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti