Türkiyə XİN başçısı ilə ABŞ-ın dövlət katibi arasında telefon danışığı olub

11-10-2017, 20:24
Oxunub: 18
Telefon danışığı yarım saat çəkib


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. 

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, tərəflər Türkiyə ilə ABŞ arasında vizaların verilməsinin qarşılıqlı olaraq dayandırılmasını müzakirə ediblər. 

Telefon danışığı yarım saat çəkib.  

Xatırladaq ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun bir əməkdaşının casusluqda ittiham olunaraq həbs olunmasından sonra iki ölkə qarşılıqlı olaraq viza müraciətlərini müddətsiz təxirə salıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti