"MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi 75 mlrd. dollara çatıb"

11-10-2017, 20:05
Oxunub: 39
"Bizim ölkələrdə iqtisadi fəallığın bərpası müşahidə olunur"


"Bu ilin əvvəlindən MDBölkələri arasında ticarət dövriyyəsinin həcmi 25 faiz artıb".

APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin MDBdövlət başçılarının sammitinin geniş tərkibli iclasında bildirib. 
 
O, Birlik ölkələri arasında ticarət dövriyyəsinin bu ilin əvvəlindən 25 faiz artaraq 75 mlrd. dollara çatdığını söyləyib: "Bu ilin əvvəlindən bizim ölkələrdə iqtisadi fəallığın bərpası müşahidə olunur".

Rusiya prezidentinin fikrincə, MDB ölkələri arasında ticarət dövriyyəsinin gələcəkdə dayanıqlı inkişafını təmin etmək üçün azad ticarət rejiminin yaradılması, malların hərəkətinə mane olan amillərin aradan götürülməsi, gömrük prosedurlarının sadələşdirilməsi gərəkdir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti