"Ukrayna faktiki olaraq MDB-də fəaliyyətini dayandırıb"

11-10-2017, 20:03
Oxunub: 33
"Bu, de-fakto passiv iştirakdır"


"Ukrayna əvvəlki kimi MDBxətti ilə bir sıra tədbirlərdə iştirak edir. Baxmayaraq ki, bu, de-fakto passiv iştirakdır".

APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu MDBİcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib. 
 
"Təəssüflər olsun ki, Ukrayna hazırda de-fakto MDB-nin bir çox orqanlarında fəaliyyətini dayandırıb. Lakin bununla belə bir sıra orqanların fəaliyyətində iştirak edir. Bir müddət əvvəl Moskvada MDB İqtisadi Şurasının iclası keçirilmişdi, orada Ukrayna nümayəndəsi iştirak edirdi. De-yure Ukrayna MDB-nin tərkibində qalır, de-fakto isə təəssüf ki, onun iştirakı çox passivdir. Bu iştirak sıfıra bərabər deyil, lakin çox passivdir", - deyə S. Lebedev vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti