Aİ Suriyada döyüşən əcnəbilərin kimliyini müəyyənləşdirib

11-10-2017, 19:30
Oxunub: 53
Yaraqlıların bir hissəsi artıq İraq və Suriyada ölüb


Avropa İttifaqı (Aİ), təxminən, 8 min əcnəbi yaraqlının kimliyini müəyyənləşdirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin təhlükəsizlik məsələləri üzrə komissarı Yulian Kinq Avropa Parlamentinin Aİ səviyyəsində (TERR) qəbul edilən terrorizmlə mübarizə tədbirlərinə nəzarət komissiyasının Brüsseldəki iclasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, çox güman ki, yaraqlıların bir hissəsi artıq İraq və Suriyada ölüb. 

Komissar digər yaraqlıların ya Avropaya qayıtmaq istədiklərini, ya da artıq qayıtdıqlarını bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti