"Aida İmanquliyeva hər zaman qeyri-zorakılığı təbliğ edib" - SEMİNAR

10-10-2017, 18:41
Oxunub: 1306
Şəhriyar Məcidzadə: "Düşüncə olmayan yerdə radikalizm, savadzılıq artır"


Milli Fikir Mərkəzinin nəzdində fəaliyyət göstərən "Tələb edirəm" komandası şərqşünas, tərcüməçi, araşdırmaçı Aida İmanquliyevanın doğum günü ilə bağlı tədbir keçirib.

MFM mətbuat xidmətindən Etatist.com-a daxil olan məlumata görə "Aida İmanquliyeva yaradıcılığında bəşəri dəyərlər" mövzusunda keçirilən tədbiri giriş sözü ilə mərkəz sədri Şəhriyar Məcidzadə açıb.

O, bildirib ki, MFM olaraq 2015-ci ildə də Aida İmanquliyeva ilə bağlı kampaniya aparılıb və tədbir keçirilib:

"Ölkəmizin dini anlayış xəttində ciddi nöqsanlar olduğuna görə bu tədbir önəmli idi. Biz A.İmanquliyevanın etdiklərini ölkənin mədəniləşməsi, dünyəvi dövlətçilik xəttinə töhfə hesab edirik. Aida İmanquliyeva yaradıcılığı ərəb dissident ədəbiyyatına həsr olunub. Sovet dövründə onun ərəb ədəbiyyatınından yazması böyük bir işdir. Onun yazıları tək ərəb ədəbiyyatına yox, bütün dünyaya aid olan şeylərdir. Onun Cübran Xəlil Cübranla bağlı əsəri var. Xəlil Cübran özündə ailə, mədəniyyət, cəmiyyət faktorunu qabardan bir insan idi. Mən ondan yola çıxmışam və hamısında mütərrəqi azadlıq, gender bərabərliyi, fikir plüralizmi və s. - bir çox bəşəri fikirlər görmüşəm. Bunlar seçilmiş fikirlər idi.

Düşüncə olmayan yerdə radikalizm, savadzılıq artır. Ona görə də biz MFM olaraq qərara gəldik ki, bu istiqaməti özümüzün xəttinə çevirək. Eyni zamanda öz aydınlarımızın göstərdiyi xidmətləri təqdim edək. Bir çox insan bizim əvvəl keçirdiyimiz tədbirin mahiyyətini anlamamışdı. Anlamamışdılar ki, biz insanları bəşəri dəyərləri öyrənməyə dəvət edirik. Mən biləndə ki, MFM-in Qadın Qolu, "Tələb edirəm" komandası belə bir tədbir hazırlayır, çox sevindim. Bu işlərin davam etməsində xidmət göstərənlərə təşəkkür edirəm və çalışmaların davamlı olmasını istəyirəm.

"Aida İmanquliyeva hər zaman qeyri-zorakılığı təbliğ edib" - SEMİNAR

Hüseyn Cavidin "Peyğəmbər" əsərini hamımız bilirik, Xəlil Cübranın da belə bir əsəri var. Bizim cəmiyyətimizdəki "peyğəmbər" anlayışı ilə onunki uzlaşmır. Caviddə də, Xəlil Cübranda da bu anlayışlar bəşəri idi".


Daha sonra "Tələb edirəm" komandasının rəhbəri Qəmər Mustafayeva çıxış edərək Aida İmanquliyevanın həyatı, yaradıcılığı haqqında geniş məlumat verib:

"O, bir çox elmi məqalə oxuyur, tərcümələr edirdi. O, tələbəçilik həyatında da sadə tələbə olmayıb. Kolleqalarının xatirələrindən də oxuduğumuz kimi o, daha çox araşdırmalar edirdi. A.İmanquliyeva Azərbaycanda ilk ərəbşünas qadın kimi tarixə düşüb.

O, həm Şərq, həm də Qərb ədəbiyyatını araşdırır, qarşılaşdırırdı. Aida İmanquliyeva Xəlil Cübranın "Peyğəmbər" əsəri ilə Azərbaycan xalqına demək istədiyi fikirləri çatdırıb: Qərb insanı bir ideya altında birləşə bilir, Şərqdə isə daha çox fərdiyyətçilik var. A.İmanquliyeva düşünürdü ki, xalqımız bir ideya altında birləşməlidir. O, tərcümə etdiyi əsərlərin həm də tənqidçisi idi. Toplum olaraq asılılığımıza, köləliyə qarşı, bir yerdə olmağın tərəfdarı idi. Hər zaman qeyri-zorakılığı təbliğ edirdi.

"Aida İmanquliyeva hər zaman qeyri-zorakılığı təbliğ edib" - SEMİNAR

Biz "Tələb edirəm" komandası olaraq fəaliyyətimizdə örnək göstərə biləcəyimiz xanımları əsas götürürük. Bugünkü seminarın məqsədi də bu idi ki, biz bunları müzakirə edək, daha yaxından öyrənək".


Sonda MFM sədri Şəhriyar Məcidzadə çıxış edərək Cübran Xəlil Cübrandan sitat gətirib:

"Bədbəxt o millətdir ki əkmədiyini yeyir, tikmədiyini geyinir.

Bizim dəyişməyimiz sonra ətrafımızdakı insanların dəyişməsinə səbəb olur. Mümkün deyil ki, birimizin dəyişməsi ətarfımızdakı kiməsə təsir etməsin. Mənim gördüyün çıxış yolu sadəcə budur: öyrənmək və tətbiq etmək".

Seminardan sonra "Tələb edirəm" komandası seminar iştirakçıları ilə birgə Aida İmanquliyevanın məzarını ziyarət edib. Ziyarətdə "Tələb edirəm" komandasının rəhbəri Qəmər Mustafayeva bildirib ki, hər gənc Aida İmanquliyevanın əsərlərini, tərcümələrini oxumalıdır:

"Biz bu əsərlərdən bəşəri dəyərləri mənimsəyə bilərik. Aida xanım Azərbaycanın örnək qadınlarından biridir".

"Aida İmanquliyeva hər zaman qeyri-zorakılığı təbliğ edib" - SEMİNAR

Qeyd edək ki, Aida İmanquliyeva 1939-cu ilin bu günündə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Yaradıcılığında daha çox ərəb məhcər ədəbiyyatını araşdırmağa üstünlük verən A.İmanquliyevanın bir çox kitabı, elmi məqalələri də işıq üzü görüb. Aida İmanquliyevanın kitabları 2002-ci ildə Azərbaycan dilinə tərcümə olunub.


Onu da əlavə edək ki, Milli Fikir Mərkəzi və Etatist.com 2015-ci ildə keçirdiyi "Dəyərlərimizə qayıdaq" kampaniyası çərçivəsində Aida İmanquliyevanın əsərlərindən, tərcümələrindən hissələri təkrar yayımlayıb və "İslam mədəniyyətinin modernləşməsində Aida İmanquliyeva" adlı geniş tədbir keçirib.

"Aida İmanquliyeva hər zaman qeyri-zorakılığı təbliğ edib" - SEMİNAR

"Aida İmanquliyeva hər zaman qeyri-zorakılığı təbliğ edib" - SEMİNAR

"Aida İmanquliyeva hər zaman qeyri-zorakılığı təbliğ edib" - SEMİNAR

İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti