“Azəriqaz” abonentlərin sayını açıqlayıb

9-10-2017, 18:24
Oxunub: 310
Təbii qazla təmin olunan abonentlərin sayı 2 067 256-a çatıb


Bu ilin yanvar-sentyabr ayları ərzində SOCAR-ın “Azəriqaz”  İstehsalat Birliyində əhali sektoru üzrə 63 420 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, bunun da 30 908-i Bakı, Abşeron və Sumqayıt, 32 512-i isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 067 256-a çatıb.

Qeyd edək ki, bu ilin oktyabrın 1-nə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 447 məscid və dini məbədə təbii qazdan  istifadəsi üçün limit ayrılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti