Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında plan imzalanıb

9-10-2017, 17:18
Oxunub: 416
Geniş fikir mübadiləsi aparıblar


Belarusda səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 9-da bu ölkənin müdafiə naziri, general-leytenant Andrey Ravkovla görüşüb.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rəsmi qarşılanma mərasimindən sonra nazirlərin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşlərində tərəflər ikitərəfli münasibətlərin, xüsusilə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
 
Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, hərbi ekspertlərin qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.
 
Görüşün yekununda nazirlər Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2018-ci il üçün əməkdaşlıq planını imzalayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti