Müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb

8-10-2017, 13:56
Oxunub: 319
Z.Həsənov hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət edəcək


Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarus Respublikasına rəsmi səfəri başlayıb.

Etatist.com-un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə bu ölkəyə səfəri çərçivəsində Z.Həsənov Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirəcək, eləcə də hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət edəcək.

Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti