Nyu-Yorkda terror aktı planlaşdıran Filippin vətəndaşı ABŞ-a ekstradisiya edilir

8-10-2017, 13:37
Oxunub: 308
Bu barədə “Philippine Daily Inquirer” nəşri Filippin Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb


Filippin 2016-cı ildə Nyu-Yorkda terror aktı planlaşdırmaqda şübhəli sayılan 37 yaşlı vətəndaşı Rassel Saliki ABŞ-a ekstradisiya edir.

APA-nın məlumatına görə, bu barədə “Philippine Daily Inquirer” nəşri Filippin Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi ABŞ, Kanada və Filippinin 3 vətəndaşını 2016-cı ilin yayında Nyu-Yorkda terror aktı həyata keçirməyə cəhd göstərməkdə günahlandırır. Onların Nyu-Yorkda metroda və Ramazan bayramına həsr olunmuş mərasimdə terror aktı törətməyə cəhd etdikləri bildirilir.  
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti