Həmsədrlər Ermənistanın xarici işlər naziri ilə görüşüblər

6-10-2017, 17:45
Oxunub: 297
Edvard Nalbandyanla görüşüblər


ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer,  İqor Popov, Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistana səfər ediblər.

APA-nın “aysor.am” saytına istinadən verdiyi xəbərə görə, diplomatlar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

Görüşdə tərəflər Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkilini müzakirə ediblər. Bundan başqa, münaqişə zonasındakı vəziyyət, problemin sülh yolu ilə nizamlanmasına dair səylər müzakirə olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti