Zakir Həsənov Tacikistan səfiri ilə görüşüb

6-10-2017, 17:41
Oxunub: 36
Regional təhlükəsizlik və müdafiə sahəsində tərəfləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb


Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Tacikistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüşüb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycanla Tacikistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
 

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın, xüsusilə hərbi təhsil sahəsində əlaqələrin perspektivi müzakirə edilib, regional təhlükəsizlik və müdafiə sahəsində tərəfləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb.
 

Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının yaxın günlərdə Düşənbə şəhərində keçiriləcək növbəti iclasında iştirak etmək üçün Azərbaycan müdafiə nazirinin Tacikistana nəzərdə tutulan səfəri ilə bağlı məsələlər də müzakirə edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti