Rusiya Səudiyyə Ərəbistan ilə OPEC+ anlaşmasını müzakirə edəcək

4-10-2017, 16:23
Oxunub: 316
"Anlaşmanı uzatmaq qərarı aldıqda, onun müddətini də danışarıq"


 Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının kralı Salman bin Abdel Əziz Səudla OPEC+ anlaşmasının müddətinin uzadılmasını müzakirə etmək niyyətindədir.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə V.Putin Rusiya energetika həftəsində bildirib.

"Əsas müttəfiqlərimizlə, o cümlədən OPEC və digər əsas neft hasilatçıları ilə təmasdayıq. S.Ərəbistanının kralını qəbul etmək şərəfi əldə edəcəyik. OPEC+ anlaşmasının uzadılmasını onunla da müzakirə edəcəyik", - deyə Rusiyanın dövlət başçısı qeyd edib.

Prezident anlaşmanın uzadılmasının mümkünlüyünü bildirib və qeyd edib ki, cari anlaşma bitdiyi zaman, yəni 2018-ci ilin mart ayının sonunda neft bazarındakı vəziyyətə uyğun hərəkət etmək lazımdır. Tərəflər arasında razılaşma əldə olunarsa, Rusiya anlaşmanı 2018-ci ilin sonuna qədər uzatmağa hazırdır.

"Anlaşmanı uzatmaq qərarı aldıqda, onun müddətini də danışarıq. Mümkün variantlara gəlincə, bu ən azı 2018-ci ilin sonudur", - deyə prezident əlavə edib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti