Polislə toqquşmada ölənlərin sayı çoxalır

24-04-2013, 09:30
Oxunub: 604


 İraqda etirazçılarla polis arasında baş vermiş toqquşmalarda ölənlərin sayı 54 nəfərə çatıb.

 

Etatist.com-un apa-ya istinadən verdiyi xəbərə görə, iğtişaşlara səbəb Kərkük şəhərinin yaxınlığında yerləşən Əl Hüveyc yaşayış məntəqəsində polisin etiraz aksiyasını dağıdan zaman 30 nəfərin ölməsi olub.  

 
Əl Hüveycdəki qanlı insident aprelin 23-də səhər saatlarında baş verib.  Polis çadır düşərgəsində baş nazirin apardığı siyasətə qarşı təşkil olunmuş etiraz aksiyasını dağıtmağa çalışarkən toqquşmalar baş verib. Şahidlərin sözlərinə görə, toqquşmalar zamanı hər iki tərəf silah istifadə edib.   
 
Toqquşmalardan bir müddət sonra hökumət Tikrit və Samara şəhərlərində komendant saatı tətbiq edib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti