Odessaya 84 min ton Azərbaycan nefti çatdırılıb

3-10-2017, 15:54
Oxunub: 401
Ukraynanın Dəniz Limanları Administrasiyasından bildiriblər


Ukraynanın Kremençuq neft emalı zavodu üçün nəzərdə tutulmuş 83,7 min ton Azərbaycan nefti ilə yüklənmiş Maltanın "Belmar" tankeri oktyabrın 1-də Odessa limanına çatdırılıb.

"APA-Economics" "Enkorr" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dəniz Limanları Administrasiyasından bildiriblər.

Azərbaycan nefti ilə dolu tanker Türkiyənin Ceyhan limanından yola salınıb. Qeyd edək ki, avqust ayına qədər Kremençuq neft emalı zavodu üçün xam neft Gürcüstanın Supsa limanından yola salınırdı.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti