Fizika üzrə Nobel mükafatının sahibləri məlum olub

3-10-2017, 14:59
Oxunub: 239
Təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək


Fizika üzrə Nobel mükafatı amerikalı Kip Torn, Rayner Vayss və Harri Berrişə verilib.

APA-nın xəbərinə görə, bu barədə İsveç Kral Elmlər Akademiyasının yaydığı məlumatda deyilir.

Adıçəkilən alimlər eksperiment yolu ilə qravitasiya dalğalarının aşkarlanmasına kömək edən lazer-interferometrik dalğa-qravitasiya rəsədxanasını yaradıblar.

Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.  
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti