Türkiyədə 11 terrorçu zərərsizləşdirilib

1-10-2017, 15:05
Oxunub: 388
Terrorçulardan xeyli miqdarda silah-sursat müsadirə edilib


Türkiyədə 11 terrorçu hərbçilər tərəfindən zərərsizləşdirilib.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" Türkiyə Silahlı Qüvvələrinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, Şırnak vilayətində həyata keçirilən antiterror əməliyyatı zamanı 6 terrorçu zərərsizləşdirilib. Həmçinin Diyarbəkirdə də terror əleyhinə keçirilən əməliyyat zamanı daha 5 terrorçu zərərsizləşdirilib.

Bununla yanaşı, İraqın şimalına qaçan 5 terrorçu da təhlükəsizlik qüvvələrinə təslim olub. Terrorçulardan xeyli miqdarda silah-sursat müsadirə edilib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti