İtaliya Şimali Koreya səfirini ölkədən çıxarır

1-10-2017, 14:24
Oxunub: 349
A. Alfano Şimali Koreya səfirinin akkreditasiya prosedurunun dayandırıldığını bildirib


İtaliya hökuməti Şimali Koreya səfirinin ölkədən çıxarılması barədə qərar qəbul edib.

APA-nın məlumatına görə, bunu bu gün “La Repubblica” qəzetinə müsahibəsində İtaliyanın xarici işlər naziri Ancelino Alfano bildirib.

A. Alfano Şimali Koreya səfirinin akkreditasiya prosedurunun dayandırıldığını və səfirin ölkəni tərk etməli olduğunu bildirib.

Qeyd edək ki,  Şimali Koreyanın raket-nüvə proqramını aktiv inkişaf etdirməsi ilə əlaqədar hazırda Koreya yarımadasında vəziyyət gərgin olaraq qalır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti