Firudin Nəbiyev Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

29-09-2017, 20:08
Oxunub: 31
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb


Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviriFirudin Nəbiyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasla görüşüb.

DMX-dən APA-ya verilən məlumata görə, Kestutis Yankauskası təyinatı münasibətilə təbrik edən xidmət rəisi Azərbaycanla Avropa İttifaqı arasında mövcud əlaqələrdən danışıb.

F. Nəbiyev Avropa İttifaqının Avropa Qonşuluq Tərəfdaşlıq Aləti proqramı çərçivəsində maliyyələşən 2013-2015-ci illəri əhatə edən layihə çərçivəsində “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” Tvinninq layihəsinin uğurla icra olunduğunu xatırladıb. Əlavə edib ki, TAİEX yardım aləti çərçivəsində də Dövlət Miqrasiya Xidməti bir sıra layihələr həyata keçirib. Hazırda “Azərbaycan Respublikası, Avropa İttifaqı (Aİ) və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə”dən irəli gələn və 2016-cı ildən icrasına başlanan “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBİLAZE) layihəsi ətrafında da müzakirələr aparılıb və layihə tərəfindən müxtəlif istiqamətlərdə işin aparıldığı qeyd edilib.

Kestutis Yankauskas Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. Qarşılıqlı faydaya, ümumi dəyərlərə və bütün sahələrdə qarşılıqlı maraqlara əsaslanan bu, əlaqələrin təkcə enerji sahəsini deyil, eyni zamanda, nəqliyyat, iqtisadiyyatın şaxələndirilməsi və s. kimi sahələri əhatə edəcəyini söyləyib. Qeyd edib ki, Avropa İttifaqıAzərbaycanın regionda sabit və etibarlı tərəfdaş kimi rolunu, tolerant, multikultural və dünyəvi cəmiyyət quran ölkə kimi əhəmiyyətini yüksək qiymətləndirir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti