Şimali Kiprin təhsil və mədəniyyət naziri Tərcümə Mərkəzində olub

29-09-2017, 16:40
Oxunub: 288
Afaq Məsuda xatirə hədiyyəsi təqdim olunub


Sentyabrın 29-da Şimali Kipr Türk Cümhuriyyətinin təhsil və mədəniyyət naziri Özdəmir Berovanın başçılıq etdiyi nümayəndə heyəti və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi xanım Üfüq Turganer Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzdən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan ədəbiyyatının və dilinin Kipr universitetlərində tədrisi, Mərkəzin Azərbaycanın tarixi, qədim mədəniyyəti, Qarabağ hadisələri ilə bağlı 10 dildə yayımladığı “Azərbaycan həqiqətləri”nin kütləvi yayımı məsələləri müzakirə olunub.
 
Görüşün sonunda Şimali Kipr Türk Cümhuriyyətinin Təhsil və Mədəniyyət Nazirliyi tərəfindən Mərkəzin direktoru Afaq Məsuda xatirə hədiyyəsi təqdim olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti