Lütfi Zadənin cənazəsi bu gecə Bakıya gətiriləcək - DƏFN PROQRAMI

28-09-2017, 17:55
Oxunub: 436
Alimlə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dairəvi zalında olacaq


Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi bu gecə Bakıya gətiriləcək.

APA-nın məlumatına görə, cənazəni gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna 29 sentyabr saat 00.55-də eniş edəcək.

Mərhumun cənazəsi xüsusi ayrılmış maşında yol polisinin müşayiəti ilə hava limanından Heydər Məscidinə aparılacaq.

Sentyabrın 29-da Heydər Məscidində cənazə dəfn üçün hazırlanacaq, cənazə namazı qılınacaq.

Alimlə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dairəvi zalında olacaq.

Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.

Vida mərasiminin ardınca Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq.

Sabah Heydər Məscidində görkəmli alimin yas mərasimi də keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti