Rusiyanın üç aviaşirkəti Azərbaycana uçacaq

28-09-2017, 12:38
Oxunub: 181
Aviareyslər həftədə iki dəfə həyata keçiriləcək


Rusiyanın üç aviaşirkəti Azərbaycana uçuşlar yerinə yetirmək üçün Hava Nəqliyyatı üzrə Federal Agentliyinin icazəsini alıb.

"APA-Economics" xəbər verir ki, bu barədə adıçəkilən qurumun yaydığı məlumatda deyilir.

Məlumata əsasən, "İkar" aviaşirkəti Moskvanın "Jukovski" hava limanından Gəncəyə uçmaq üçün icazə alıb. Aviareyslər hər gün yerinə yetiriləcək.

"Saratov hava yolları" şirkəti isə Saratov-Bakı və Ufa-Bakı istiqamətləri üzrə uçuşların yerinə yetirilməsinə icazə alıb. Hər iki istiqamət üzrə aviareyslər həftədə iki dəfə həyata keçiriləcək.

"NordStar" aviaşirkəti isə aldığı müvafiq icazə əsasında həftədə bir dəfə Yekaterinburqdan Bakıya uçacaq.Rusiyanın üç aviaşirkəti Azərbaycana uçuşlar yerinə yetirmək üçün Hava Nəqliyyatı üzrə Federal Agentliyinin icazəsini alıb.

"APA-Economics" xəbər verir ki, bu barədə adıçəkilən qurumun yaydığı məlumatda deyilir.

Məlumata əsasən, "İkar" aviaşirkəti Moskvanın "Jukovski" hava limanından Gəncəyə uçmaq üçün icazə alıb. Aviareyslər hər gün yerinə yetiriləcək.

"Saratov hava yolları" şirkəti isə Saratov-Bakı və Ufa-Bakı istiqamətləri üzrə uçuşların yerinə yetirilməsinə icazə alıb. Hər iki istiqamət üzrə aviareyslər həftədə iki dəfə həyata keçiriləcək.

"NordStar" aviaşirkəti isə aldığı müvafiq icazə əsasında həftədə bir dəfə Yekaterinburqdan Bakıya uçacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti