Ağstafada sahibkarlar üçün treninq keçirilib

27-09-2017, 16:45
Oxunub: 179
Azərbaycan İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib


 Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Ağstafada sahibkarlar üçün treninq keçirilib. 

Bu barədə “Report”a Azərbaycan İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” və “Menecment” mövzularını əhatə edən treninqdə yaşıl iqtisadiyyat, ekoloji təmiz kənd təsərrüfatı, menecment və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə iştirakçılar İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə də məlumatlandırılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti