Heydər Əliyev Sarayında “Əbədi musiqi” adlı konsert keçirilib

26-09-2017, 16:19
Oxunub: 379
Konsertdə Üzeyir Hacıbəyli yaradıcılığına geniş nəzər salınıb


Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Əbədi musiqi” adlı konsert keçirilib. APA-nın məlumatına görə,  “Mədəniyyət” kanalının təşkilatçılığı ilə ərsəyə gələn layihədə görkəmli vokal ifaçıları - Fidan Hacıyeva, Gülnaz İsmayılova, Cahangir Qurbanov, Afaq Abbasova, Anar Şuşalı, İnarə Babayeva və başqaları iştirak ediblər.


Azərbaycan klassik opera və operettalarından parçalar ifa olunan konsertdə Üzeyir Hacıbəyli yaradıcılığına geniş nəzər salınıb. Konsertdə gənc vokalçılar da yer alıb.  

Tədbir boyu ifaçıları əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri müşayiət edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti