Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 325 nəfərə çatıb

26-09-2017, 11:52
Oxunub: 282
Ən çox – 186 ölüm halı Mexiko şəhərində qeydə alınıb


Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 325  nəfərə çatıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, ən çox – 186 ölüm halı Mexiko şəhərində qeydə alınıb.

Paytaxtda həmçinin 38 bina tamamilə dağılıb, yüzlərlə yaşayış evi qəzalı vəziyyətə düşüb. Hazırda Mexikoda yerləşən 9 min məktəbdən yalnız 100-ə yaxını fəaliyyət göstərir. Zəlzələ nəticəsində ölənlərdən 20-si dağıntılar altında qalan məktəblilər olub. Təbii fəlakət həmçinin Oaxaka, Puebla, Qerrero, Mexiko və Morelos ştatlarında da qurbanlara səbəb olub.

Xatırladaq ki, sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələolub. Yeraltı təkanların episentri ölkənin cənubunda yerləşib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti