Bakı-Tbilisi-Qars layihəsinin operatoru yaradılır

25-09-2017, 12:36
Oxunub: 292
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yaradılmasına dair saziş 2007-ci ildə imzalanıb


"Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" dövlət şirkəti Bakı-Tbilisi-Qars layihəsinin operatoru olan birgə müəssisə yaradacaqlar.

"APA-Economics" xəbər verir ki, bu barədə "Standard & Poor’s" (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı xəbərdə deyilir.

Məlumatda deyilir ki, ilkin mərhələdə adıçəkilən dəmir yolu ilə az həcmdə yüklərin daşınması "Gürcüstan Dəmir Yolları"nın fəaliyyətinə ciddi təsir etməyəcək. S&P qeyd edir ki, dəmir yolu layihəsinin Gürcüstandan keçən hissəsinin tikintisi Azərbaycandan alınan kredit hesabına maliyyələşdirilib. "Bunu nəzərə alaraq biz "Gürcüstan Dəmir Yolları"nın qeyd edilən infrastrukturun sahibi olacağını ehtimal etmirik", - deyə məlumatda vurğulanıb.
 
Bundan öncə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bəyan edib ki, Bakı-Tbilisi-Qars layihəsinin rəsmi açılış mərasimi oktyabr ayının 28-də baş tutacaq.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yaradılmasına dair hökumətlərarası saziş 2007-ci ildə imzalanıb.

Layihənin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisi üçün Azərbaycan hökuməti Gürcüstana 775 mln. dollarlıq kredit ayırıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti