"İslamda qadın" mövzusunda seminar keçirildi - Fotolar

24-09-2017, 17:44
Oxunub: 2122
"Quranda qadınla bağlı yazılarda tərcümə səhvləri var, çünki Quranı hər zaman kişilər tərcümə edib"


Bu gün Milli Fikir mərkəzinin ofisində Kitabıstanın təşkilatçılığı, dini ekspert Zaur Qəhrəmanlının məruzəçiliyi ilə "İslamda qadın" mövzusunda seminar keçirilib.

Etatist.com xəbər verir ki, seminarda çıxış edən “Kitabıstan”ın birinci kordinatoru Nicat Həşimzadə bildirib ki, bu seminar dini, ya da ateizmi təbliğ etmək məqsədi daşımır:

"Bizim məqsədimiz nə ateizmi, nə də dini təbliğ etməkdir. Biz sadəcə bu mövzuda obyektiv münasibət göstəririk".

Sonra söz mərüzəçi Zaur Qəhramanlıya verildi:

"İslam adına uydurulan şeylər,qadın haqlarının tapdalanması, İslamdan əvvəl qadın, İslamda kişi üstündürmü, qadın ilə 9 yaşında evlənmə, İslamda şiddət varmı və s. mövzulardan danışacağıq. Nə səbəb olub ki, qadın haqları tapdalanıb? Biz İslamı, Quranı bugünkü günümüzlə müqayisə etməklə səhv edirik. Biz əvvəl VII əsr ərəb cəmiyyətinə, sonra da indiki dövrə baxmalıyıq.

İslamdan öncə ərəb yarımadasında qadın insandan aşağı tutulurdu, bir dəvə belə ondan üstün idi. Uşaqların diri-diri basdırılması halı tam belə deyil əslində. Ərəblərdə faiz məsələsi var idi, insanlar birindən borc alarkən zamin tələb olunurdu. Borcunu ödəyə bilməyən ata bilirdi ki, qızı bazarlara çıxarılacaq. Ona görə də özü onu öldürürdü. 

"İslamda qadın" mövzusunda seminar keçirildi - Fotolar

Quran qadının bir nəfsdən yarandığını deyir, demir kişidən yaratdı

Əri olan qadını belə onunla bir səviyyəyə qoymaq onlara alçaldıcı gəlirdi. Burada qadının növləri var idi, çox az sayda azad qadın, sonra bir neçə əri olan qadın, hətta belə bir hal olurdu ki, bir kişi qadının evinə girir, bir müddət onun əri kimi olur, sonra o çıxıb gedir, başqa biri gəlir. Bu zaman olan uşaqlara da, qadına da heç kəs sahiblənmir. Amma İslam gəldikdən sonra bunlar dəyişir. Məhəmməd peyğəmbər deyir 3 qızı olan ata cənnətə gedəcək, küçəyə qızıyla çıxırdı. O deyir ki, cənnət anaların ayaqları altındadır. Bütün bunlar qadına hörməti artırır.

Həqiqətənmi qadın kişidən yaranıb?

Niyə bu qədər qüdrəti olan Allah qadını ayrıca yaratmır? Adəmin birinci adam olması da şübhəlidir. Əfsuslar olsun ki, Quranda qadınla bağlı yazılarda tərcümə səhvləri var, çünki Quranı hər zaman kişilər tərcümə edib. Quran qadının bir nəfsdən yarandığını deyir. Demir kişidən yaratdı. Həmin o nəfsdən bir çox kişilər yaratdı. Şərt deyil ki, hamı da Adəm və Həvvadan yaransın. Əslində müsəlmanlar bunu deməklə Quranı müdafiə etmir, ondan uzaqlaşırlar. Burada nəfsi-vahiddən söhbət gedir, nə kişi nə də qadın.

İslamafoblar, əsasən, 2 qadının şahidliyinin bir kişinin şahidliyinə bərabər olmasından danışırlar. Burada bir qadın nəyisə unutsa, başqa bir qadının onun yadına salmasından danışılır. Bəs niyə məhz qadın? Ərəb cəmiyyətində kişilər əsasən ticarətlə məşğul olur. ..? bugünki gündə 2 qadın şahidə ehtiyac yoxdu. Notariuslar var.

"İslamda qadın" mövzusunda seminar keçirildi - Fotolar

Kişinin qadından üstün olması

Burada kişinin qadından yox, birinin digərindən deyilir. Burada “qəvvam” sözü işlənmişdir. Bu üstün yox, qalmaq sözüdür. Bu mütəxəssislərin kişi olmasına görədir. Allah burada kişinin üstünə düşən, fiziki öhdəçiliyi siz götürməlisiniz deyir.

Qadın kişi arasında Allah bölgü etmir. Bir ailədəki malı ailə bir yerdə toplamayıbsa, övladlar ayrılırsa, Allah malın eyni bölünməsini vacib edib. Əgər bu övladlar artıq müstəqil yaşayacaqsa.

Bir kişinin 4 qadınla evlənməsi labüddürmü?

Quranda ala bilərsiniz deyir. Döyüşdə qadının əri ölübsə, kim köynəyini onun üstünə atsa, onu sahiblənmiş olurdu. Bu qədər asan idi.  Ayədə deyilir ki, ədalətli olmayacağınızdan qorxursuzsa, biri ilə evlənin. Bu evliliklərin sayını azaltmaq üçün idi. Bir qadın almaq, yaxud cariyəylə evlənmək haqsızlıq etməkdən yaxşıdır

Daha sonra isə deyir ki, siz nə qədər istəsəniz də, ədalətli ola bilməzsiniz. Yekunda yenə bir qadına qayıdır.

Quran özü-özünü izah edən bir kitabdır. Bəzən deyirlər hədislər olmalı, kimlərsə izah etməlidir və s. Bunlara ehtiyac yoxdur.

Aişəylə 9 yaşında evlənib deyirlər. Quranda belə bir şey yoxdur. Halbuki Quranda deyilir, həddi-büluğa çatdıqda evlənin. İslama görə bu yaş bir insanın özü-öz ayağı üstündə dura bildiyi vaxtdır.

 

İslamda qadına şiddət varmı?

Bu ayədə İslam qadın və kişiyə məsləhət buyurur. Ailədə keçimsizlik varsa, ailəni kişi təmin edirsə, burada məsuliyyət onun üzərinə daha çox düşəcək. Bir ailədə problem varsa, oturub danışmalı, hətta ev qadında qalmalı, kişi bir müddət ayrılmalıdır. Bundan sonra “zərəbə” sözü işlənib ki, bunu “döymək” kimi tərcümə edirlər. Əslində isə zərəbənin bir mənası da bir müddətlik ayrılma deməkdir. Bu da alınmırsa, artıq edəcək bir şey yoxdur. Bu gün də ayrılmaq istəyəndə məhkəmə 3 ay vaxt verir, 3 ay sonra yenidən müraciət edilir. Eynilə Qurandakı kimi.
 
Sonra suallar cavablandırıldı: 

Asiman Qocayev

Bəs ərəblərin özləri bunu necə başa düşürlər?

Zaur Qəhrəmanlı

Bu gün 28 ərəb dövləti də bir-biriylə anlaşa bilmir. Millət birdir, lakin dil fərqi var. Lakin əvvəldə dediklərini nəzərə alsaq, ayrılma məsələsi belə görünür. Quranda da bu var, Məhəmməd peyğəmbər də öz yoldaşından bir müddət ayrılır. Praktikada da o ayrılmanı yaşayır. Bir müddət məsciddə qalıb qayıdır.

"İslamda qadın" mövzusunda seminar keçirildi - Fotolar

- Ülfan İsmayılov?

Özbaşınalıq deyəndə nəyi nəzərdə tutur?

- Zaur Qəhramanlı

Özbaşnalıq deyəndə mütləq pozğunluq, zina nəzərdə tutulmur. Çünki zinaya əlavə bir ayə və cəza var. Burda ailəsini saymamaq, özbaşına zərər verəcək qərarlar vermək mənası da ola bilər. Ailə iki insanın birliyidir digərinin məsləhətləşmədən, qarşındakının fikrini nəzərə almadan qərar verməsi elə özbaşnalıq deməkdir.

"İslamda qadın" mövzusunda seminar keçirildi - Fotolar


- Nuray Hacılı

Evlənmək şərt idimi, maddi cəhətdən yardım edə bilməzdilərmi?

- Zaur Qəhrəmanlı

Siz yenə bizim indiki cəmiyyətlə o dövrü eyni tutursunuz. Yiyəsi olmayan qadın dəvədən aşağı idi. Ona kim nə istəyir edirdi.

- Nuray Hacılı

İslam dini ərəblərdə yaranıb, niyə Altaya qədər gəlib?

- Zaur Qəhramanlı

İllah deyil ki, siz bunu qəbul edəsiniz.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti