Tramp İranı Şimali Koreya ilə əməkdaşlıqda ittiham edib

24-09-2017, 12:04
Oxunub: 82
İran bu gün İsrail ərazisinədək uça biləcək ballistik raketini sınaqdan keçirdi


ABŞ prezidenti Donald Tramp İranı Şimali Koreya ilə əməkdaşlıq etməkdə ittiham edərək, Tehranla əldə olunan razılaşmaların işləmədiyini qeyd edib.

“İran bu gün İsrail ərazisinədək uça biləcək ballistik raketini sınaqdan keçirdi. Onlar həmçinin KXDR-lə də əməkdaşlıq edirlər. Əcəb razılaşmamız var!”. Tramp bununla belə Tehranın Pxenyanla hansı sahələrdə əməkdaşlıq etdiyini açıqlamayıb.     

Ötən gün İran 2 000 km məsafəni qət etmək gücünə malik yeni “Horemşehr” ballistik raketini uğurla sınaqdan keçirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti