Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı açıqlama yayıb

23-09-2017, 17:24
Oxunub: 550
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb


Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın paytaxtda keçirdiyi mitinqlə bağlı açıqlama yayıb.

İdarədən APA-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, sentyabrın 23-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib: “Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA”  hərəkatlarının və  bir sıra müxalifyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti