“G7 ölkələri Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır”

23-09-2017, 17:11
Oxunub: 28
O, sanksiyaların ləğvinin Minsk razılaşmalarının həyata keçirilməsi ilə əlaqəli olduğunu söyləyib


“Böyük yeddilik” ölkələri Ukraynanın şərqində vəziyyətin gərginləşəcəyi təqdirdə, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın federal kansleri Angela Merkel deyib. A. Merkel sanksiyaların ləğvinin Minsk razılaşmalarının həyata keçirilməsi ilə əlaqəli olduğunu söyləyib: “Əgər vəziyyət tələb edərsə, baxmayaraq ki, bunu istəmirik, biz sanksiyaları sərtləşdirməyə hazırıq”.

Qeyd edək ki, Avropa İttifaqı Krımın Rusiya tərəfindən ilhaqından və Ukraynanın şərqində separatizmin baş qaldırmasından sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti