Elmar Məmmədyarov malayziyalı və belçikalı həmkarları ilə görüşüb

23-09-2017, 14:09
Oxunub: 39
Humanitar sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb


Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Belçikanın xarici işlər naziri Didye Reynders və Malayziyanın xarici işlər naziri Dato' Sri Anifah Aman ilə ikitərəfli görüşlər keçirib.

Etatist.com-un XİN-in saytına istinadən verdiyi məlumata görə, görüşlərdə ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub və məmnunluq ifadə edilib. Mədəniyyət, turizm, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub və BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti