Edvard Nalbandyan həmsədrlərlə görüşüb

23-09-2017, 13:23
Oxunub: 371
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib


Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

APA-nın məlumatına görə, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan özünün “Twitter” səhifəsində yazıb. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Bu gün həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da Nyu-Yorkda həmsədrlərlə görüş keçirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti