Kanada Maduroya qarşı sanksiya tətbiq edib

23-09-2017, 12:55
Oxunub: 152
ABŞ vətəndaşlarına onunla işgüzar əlaqədə olmaq yasaqlanıb


Kanada hökuməti Venesuela prezidenti Nikolas Maduroya qarşı sanksiya tətbiq edib.

APA-nın xəbərinə görə, bu barədə Kanada XİN-in məlumatında bildirilir.

Məlumatda bildirilir ki, sanksiyalar Venesuelada demokratiyanın pisləşməsinə cavabdeh olan insanlara qarşı tətbiq edilir. Ümumilikdə, cəza tədbirləri 40 Venesuela vətəndaşına şamil edilib.

İlyulun 31-də ABŞ hökuməti i Nikolas Maduroya qarşı sanksiya tətbiq etmişdi. Sanksiyalara əsasən Maduronun ABŞ yurisdiksiyasına aid aktivləri dondurulub, ABŞ vətəndaşlarına onunla işgüzar əlaqədə olmaq yasaqlanıb.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti