Pakistan HHQ-nin nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub

21-09-2017, 19:03
Oxunub: 41
Görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb


Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanı, aviasiya marşalı Sohail Amanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub.
 
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Hərbi Akademiyanın rəhbərliyi ilə keçirilən görüş zamanı ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.

S. Aman “Assimetrik hərbi əməliyyatlar zamanı HHQ-nin tətbiqi” mövzusunda akademiya dinləyiciləri qarşısında mühazirə ilə çıxış edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti