Tramp Şimali Koreyaya qarşı sanksiyanın tətbiqinə hazırlaşır

21-09-2017, 18:30
Oxunub: 34
Sanksiyaların nədən ibarət olacağı barədə hələlik bilgi yoxdur


ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı mühüm sanksiyaların tətbiqinə hazırlaşır.

APA-nın “İndependent” nəşrinə istinadən verdiyi xəbərə görə, Ağ evin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri CNN-ə bildirib ki, Donald Tramp Yaponiya baş naziri Şinzo Abe və Cənubi Koreya prezidenti Moon Jae-i ilə görüşü zamanı sanksiyalar barədə məlumat verəcək. 

“Prezident yaxın müttəfiqlərimiz Yaponiya və Cənubi Koreya rəsmiləri ilə görüşdə bu problemin həlli üçün səylərimizin davam etdirilməsi barədə danışacaq və yeni sanksiyalar barədə elan verəcək”, - deyə o əlavə edib. 

Sanksiyaların nədən ibarət olacağı barədə hələlik bilgi yoxdur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti