Tələbə və Gənclər üzrə Daimi Şuranın ilk iclası keçirilib

21-09-2017, 16:56
Oxunub: 45


Təhsil Nazirliyi yanında Tələbə və Gənclər üzrə Daimi Şuranın ilk iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Daimi Şuranın yaradılmasının məqsədi, əhəmiyyəti, beynəlxalq təcrübə və gözləntilər haqqında təqdimat olub. Şura üzvləri tələbə və gənclərlə iş sahəsində yeni çağırış və yanaşmalar, mövcud imkanlar, eləcə də Daimi Şuranın fəaliyyətinin əsas prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin könüllülük, təşviqat kampaniyalarının aparılması, tələbələr üçün təcrübə proqramlarının dəstəklənməsi kimi mövzular müzakirə edilib.

Tələbə və gənclərin istəklərinin daha yaxından öyrənilməsi üçün növbəti görüşün ali təhsil müəssisələrinin birində keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Təhsil Nazirliyi yanında “Təhsilin məzmunu və dərsliklər”, “Təhsil və məşğulluq” üzrə Daimi Şuralar da fəaliyyət göstərir. Daimi Şuralar dövlət qurumlarının nümayəndələri, özəl sektor, təhsil mütəxəssislərinin və digər aidiyyəti tərəflərin təmsil olunduğu məşvərətçi orqan kimi fəaliyyət göstərəcək. Şuralar təhsil sahəsi üzrə həyata keçirilən proqram və layihələrin təhsil siyasəti, strategiyası ilə uyğunlaşdırılmasına dair, təklif və tövsiyələrin hazırlanması, təhsilin inkişafı ilə bağlı qərarların müzakirəsini əlaqələndirəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti