Azərbaycandilli məktəblər üçün dərs vəsaitləri Gürcüstanın Təhsil Nazirliyinə təqdim olunub

21-09-2017, 15:57
Oxunub: 38
Hazırda Gürcüstanda tədrisi Azərbaycan dilində olan 124 məktəb var


Azərbaycanın Gürcüstandakı səfirliyi Təhsil Nazirliyinin Gürcüstanın azərbaycandilli məktəbləri üçün göndərdiyi dərs vəsaitlərini Gürcüstanın Təhsil və Elm Nazirliyinə təqdim edib.

 
APA-nın yerli bürosunun məlumatına əsasən, 2017-2018-ci tədris ili üzrə Gürcüstanın azərbaycandilli məktəbləri üçün 11 adda 11 500 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi, habelə müəllimlər üçün metodik vəsait göndərilib. 
  

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov dərsliklərin mümkün qədər tez Azərbaycan məktəblərinə çatdırılacağına ümidvar olduğunu bildirib.
 

Gürcüstanım Təhsil və Elm Nazirliyinin dərsliklər üzrə şöbəsinin müdiri Nana Kilasoniya isə deyib ki, gələn həftədən etibarən dərsliklər azərbaycandilli məktəblərə paylanılacaq.
 
  
Qeyd edək  ki, son 4 ildə Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli məktəbləri üçün ümumi sayı 73 805 ədəd olan “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi və müəllimlər üçün metodik vəsaitlər təqdim edib.
 
 
Hazırda Gürcüstanda tədrisi Azərbaycan dilində olan 124 məktəb var. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti