SKMF xətti ilə Şamaxı sahibkarlarına 23 mln. manatdan çox güzəştli kredit verilib

21-09-2017, 15:42
Oxunub: 55
Maliyyələşdirilmiş heyvandarlıq komplekslərindən 20-i istifadəyə verilib


İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, SKMF bu sahədə növbəti işgüzar forumunu sentyabrın 21-də Şamaxı rayonunun Sabir qəsəbəsində keçirib.

Forum çərçivəsində fond tərəfindən Şamaxı rayonunun iqtisadi potensialına uyğun olaraq, taxılçılıq (qarğıdalı), cins heyvandarlıq, üzümçülük, kartofçuluq, arıçılıq, bağçılıq təsərrüfatlarının, süd email müəssisəsinin təşkili və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.


Forumda İqtisadiyyat Nazirliyinin SKMF-nın icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 1900-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 69,3 mln. manat güzəştli kredit ayrılıb.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 277 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq və əkinçilik sahələrinin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 30-dan çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, Şamaxı rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 401 investisiya layihəsinin maliyyələşdirilməsinə 23,2 mln. manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Şamaxıda dövlətin güzəştli krediti ayrılan müasir heyvandarlıq kompleksinə və üzümçülük təsərrüfatına baxış keçirilib.

Ümumilikdə, SKMF-nın xətti ilə üzümçülüyün inkişafı ilə bağlı 260-dan çox sahibkara 33,6 mln. manat güzəştli kredit verilib. Heyvandarlığın inkişafı məqsədilə isə 23700-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 628 mln. manat güzəştli kredit ayrılıb. Maliyyələşdirilmiş heyvandarlıq komplekslərindən 20-i istifadəyə verilib, 4-də isə tikinti-quraşdırma işləri aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti