Hərbi xidmətdən möhlət hüququnun verilməsindən sonra magistraturaya qəbul 74 faiz artıb

21-09-2017, 15:11
Oxunub: 32
"Bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3% artıb"


Azərbaycanda hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə əlaqədar olaraq ötən illə müqayisədə bu il magistraturaya qəbul olunan oğlanların sayı 73,9% artıb.

Bunu APA-ya Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib. Onun sözlərinə görə, 2016 və 2017-ci illərdə ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilən qəbul imtahanları üzrə imtahan nəticələrində müsbət dinamika müşahidə edilib.

Y.Piriyev qeyd edib ki, magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3% artıb: “Ötən illə müqayisədə sənəd verib, imtahana gəlməyənlərin sayı 15 dəfə azalıb. Magistraturaya sənəd verənlərin sayının azalmasının əsas səbəbləri arasında imtahanlar ödənişli olduğundan təsadüfi sənəd verənlərin kəskin azalması və yalnız gələcəkdə magistratura səviyyəsində təhsil almaq istəyənlərin sənəd verməsi yer alıb”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti