Qazaxıstanın sabiq baş naziri azadlığa buraxılıb

21-09-2017, 14:51
Oxunub: 91
Bu ilin yanvar ayında isə o, amnistiyaya düşüb


Qazaxıstanın sabiq baş naziri Serik Ahmedov azadlığa buraxılıb.

APA-nın məlumatına görə, bu barədə “Tengrinews.kz” saytı xəbər yayıb.

Həbsxana önündə jurnalistlərə açıqlama verən keçmiş baş nazir gələcək planlarını hələlik müəyyənləşdirmədiyini bildirib.

Xatırladaq ki, büdcədən külli miqdarda pul oğurlamaqda, qanunsuz sahibkarlıqla məşğul olmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən S. Ahmedov 2015-ci ilin dekabrında saxlanılıb. O bütün əmlakı müsadirə olunmaqla, 10 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş baş nazir dövlətə 2,2 milyard tenge (təxminən 6,5 milyon dollar) ödədikdən sonra məhkəmənin qərarı ilə həbs cəzası 2 il 8 aya endirilib. Bu ilin yanvar ayında isə o, amnistiyaya düşüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti