MSK sədri Rusiyaya səfər edib

21-09-2017, 12:35
Oxunub: 46
MSK sədrini qurumun katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov sentyabrın 21-də Moskvada keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədilə Rusiya Federasiyasına səfər edib.
 
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Çoxqütblü dünya şəraitində müasir seçki tendensiyaları” mövzusunda keçirilən və seçki idarəetmə qurumlarının, beynəlxalq təşkilatların rəhbərlərinin də qatıldığı tədbir bütövlükdə seçkilərlə əlaqədar bır sıra məsələlərin və ölkələrin əldə etdiyi yaxşı təcrübələrin müzakirəsinə həsr olunub.
 
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M. Pənahovun rusiyalı həmkarı ilə yanaşı, müxtəlif ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi, seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran bir sıra məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

MSK sədrini qurumun katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti