Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun növbəti görüşü Tehranda keçiriləcək

21-09-2017, 12:15
Oxunub: 30
Dövlət başçıları sammit keçirilməsinə qərar verə bilərlər


Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun növbəti görüşü oktyabrda Tehranda keçiriləcək.

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, görüşün dəqiq tarixi dəqiqləşdirmə mərhələsindədir: "Ola bilsin ki, ilin sonuna kimi nazirlərin görüşü məsələsi gündəmə gəldi. Lakin bu məsələlər hələlik müzakirə olunur. Sammitin keçirilməsi isə prosesin gedişatından asılıdır. İşçi qrupunun iclası, sonra da nazirlərin konfransı baş tutsa və biz görsək ki, kardinal dəyişikliklər, açıq qalan məsələlər üzrə yaxınlaşma var, dövlət başçıları sammit keçirilməsinə qərar verə bilərlər".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti