“İranın nüvə proqramına dair razılaşmanın iştirakçıları öhdəliklərini tam yerinə yetirirlər”

21-09-2017, 11:55
Oxunub: 167
Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik artıq səkkiz dəfə təsdiqləyib


İranın nüvə proqramına dair razılaşmanın bütün iştirakçıları öhdəliklərini tam yerinə yetirirlər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.

“Bu gün açıq və dürüst müzakirələrin şahidi olduq. Ümumi qənaətimizə görə, İranın nüvə proqramı üzrə razılaşmanın bütün iştirakçıları öhdəliklərini tam yerinə yetirirlər. Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik artıq səkkiz dəfə təsdiqləyib. Ayrı-ayrı mübahisəli məsələlərə görə danışıqları bərpa etməyə ehtiyac yoxdur”, deyə F.Moqerini vurğulayıb.

Bu gün Nyu-Yorkda, BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində “altılıq” ölkələri və İran arasında görüş keçirilib. ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Almaniya, Çin və İran XİN rəhbərləri İranın nüvə proqramına dair əldə olunmuş razılaşma ətrafında müzakirələr aparıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti