Poroşenko Nyu-Yorkda Ərdoğanla görüşüb

21-09-2017, 11:50
Oxunub: 285
Türkiyə prezidenti Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib


Sentyabrın 20-də Nyu-Yorkda Ukrayna prezidenti Petro Poroşenko və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanarasında görüş olub.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin mətbuat katibliyinin açıqlamasında bildirilir.

Söhbət zamanı tərəflər Kiyevdə keçiriləcək Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Şurasının 6-cı toplantısına hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məlumata görə, Türkiyə prezidenti bir daha Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Qeyd edək ki, Poroşenko və Ərdoğan Nyu-Yorkda BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak ediblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti