Əmək pensiyaları ilə bağlı tələb olunan xüsusi hesab qaydasına dəyişiklik edilir

19-09-2017, 16:33
Oxunub: 135
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub


Azərbaycanda əmək pensiyaları ilə bağlı pensiya təminatının formalaşdırılması qaydasına dəyişiklik edilir. APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanunun 1.0.18-ci maddəsinə dəyişiklik təklif olunub.

Layihəyə əsasən, əmək pensiyası ilə bağlı əsas anlayışlarda tələb olunan xüsusi hesab (əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada sığorta olunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunduğu hesab) bəndində “müəyyən edilən qaydada” sözünün ardınca “və məbləğdə” sözü də əlavə edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti